Paytaxtın “28 May” metro stansiyasında oğurluq edən şəxs iyunun 11-də saxlanılıb. Bu barədə Report məlumat verib.
Sözügedən şəxs iyunun 7-də metro qatarında qadının cibindən mobil telefonunu oğurlayıb.
Saxlanılan Sumqayıt şəhər sakini əvvəllər də oğurluğa görə məhkum olunub.
Faktla bağlı araşdırma davam edir.