Metronun "Gənclik" stansiyasında vaqonda sərnişinlərdən birinin elektron cihazı tüstülənib. Bu haqda iyulun 5-də Report-a "Bakı Metropoliteni"ndən bildirilib.
Məlumata görə, sərnişinlər qatardan düşürülüb, maşinist və polis əməkdaşı vaqona baxış keçiriblər. Vaqonda heç bir problemin olmadığı məlum olub.
Hadisə nəticəsində 3 dəqiqəlik yubanma olub.