"Bakı Metropoliteni" QSC-nin Rusiyanın “Metrovaqonmaş” müəssisəsindən aldığı 2 yeni qatar Azərbaycan paytaxtına çatıb. Bu barədə 20 oktyabr tarixində Report QSC-nin Mətbuat Xidmətinin rəhbərinə istinadən məlumat verib.
Onun sözlərinə görə, ötən ay göndərilmiş 2 qatar (10 vaqon) artıq Nərimanov elektrik deposundadır: “Müqavilə şərtlərinə uyğun olaraq, digər 2 qatarın da ilin sonuna qədər Azərbaycana gətirilməsi planlaşdırılır".
Yeni qatarların Həzi Aslanov-Dərnəgül xəttinə buraxılması gözlənilir.
Xatırladaq ki, 2019-cu ildə bağlanmış müqaviləyə əsasən, Bakı metrosu 2020-2022-ci illərdə Rusiyadan ümumilikdə 12 qatar (60 vaqon) almalıdır.