İmişli rayonunun Sarıxanlı kəndində yanğın baş verib, 1 nəfər yanıq xəsarəti alıb. Bu barədə 29 dekabr tarixində Report Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verib.
Rayon sakinin həyətinin sahəsindən yığılan 20 ton ot bağlamasının 2 tonu yanıb.
Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.