Mil-Muğan kanalının İmişli rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Bu barədə martın 14-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Brakonyerin Sabirabad rayon sakini olduğu müəyyən edilib. Brakonyerdən qanunsuz ov qurğuları və ovlanmış balıqlar aşkarlanaraq götürülüb. Diri balıqlar isə suya buraxılıb.
Faktla bağlı onun barəsində “balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda” maddəsilə cinayət işi açılıb.