Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev vəzifəsindən azad edilib. Bu barədə mayın 13-də Report məlumat yayıb.
O, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Həmin yerə hələlik təyinat olmayıb.
Səfa Mirzəyev 1990 - 1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib. Milli Məclis Aparatında isə 1992-ci ildən işə başlayıb.
6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri vəzifəsini tuturdu.