“Fransa Prezidentinin açıqlaması ilə tanış oldum”. Bunu Milli Məclisin 14 oktyabr tarixində keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat bildirir ki, Ermənistana dəstəyinə görə Fransa birbaşa məsuliyyət daşıyır. “Senat Azərbaycana qarşı 15 noyabr tarixində qətnamə qəbul etməyə hazırlaşır. Belə qətnamə qəbul edilsə, Azərbaycan Fransadakı səfirini geri çağırmalı, bu ölkə ilə diplomatik münasibətlərə yenidən baxılmalıdır”, - deyə deputat bildirib.
Qeyd edək ki, bir qrup sıravi azərbaycanlı Fransa Senatının bəzi üzvlərinin ölkəmizə qarşı sanksiyalar tətbiq etmək təşəbbüsü ilə bağlı cəmiyyətə açıq şəkildə səslənib. Azərbaycanın fərqli şəhər və rayonlarından olan 10 vətəndaş Mesopinions.com Fransa petisiya saytında Fransa Senatına və xalqına müraciət yerləşdirib.
Link vasitəsilə keçid etməklə petisiyaya səs verib dəstək olaq.