Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinə rektor təyin olunub. Reportun iyunun 30-da verdiyi məlumata əsasən, bu barədə Sərəncam imzalanıb.
Bu vəzifəyə general-leytenant Heydər Piriyev təyinat alıb. Daha öncə o, Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi vəzifəsində işləyib.
Milli Müdafiə Universiteti 2022-ci ildə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə yaradılıb.