Mingəçevirdə xarici ölkə vətəndaşından onlayn yolla narkotik vasitə alan şəxs saxlanılıb. Bu barədə martın 13-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şəhər sakini Feruz Bayramovun üzərindən heroin, yaşadığı mənzildən isə yarım kiloqrama yaxın tiryək, külli miqdarda heroin və əl qumbarası aşkar edilərək götürülüb.
İlkin araşdırma zamanı müəyyən edilib ki, o, narkotik vasitələri sosial şəbəkədə tanış olduğu xarici ölkədə yaşayan narkotacirdən onlayn yolla alıb.
Faktla bağlı cinayət işi başlanılıb, F.Bayramov barəsində həbs qətimkan tədbiri seçilib.