Mingəçevirdə beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə martın 14-də Fövqəladə Hallar Nazirliyi xəbər paylaşıb.
Məlumata görə, birinci mərtəbədə olan mənzilin qaz sobası, aspiratoru və 2 kvadratmetr sahədə mebeli yanıb.
Alov söndürülüb.
Bununla yanaşı, Bakı şəhərinin Xəzər rayonunda birmərtəbəli evin yanar konstruksiyaları 15 kvadratmetr sahədə yanıb.