Mingəçevirdə dələduzluq yolu ilə 10 nəfərin 30 min manata yaxın pulunu mənimsəyən qadın saxlanılıb. Bu haqda iyunun 13-də Daxili İşlər Nazirliyinə istinadən Report xəbər verib.
Əməliyyat zamanı məlum olub ki, Şəlalə İsmayılova vətəndaşlara işə düzəltmə, sosial yardım və pensiya təyin etdirmə vədləri verib və onların etibarından sui-istifadə edərək pullarını alıb. Saxlanılan şəxs əməlini etiraf edib. Faktla bağlı cinayət işi açılıb.
Sözügedən şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102” Zəng Mərkəzinə, Mingəçevir Şəhər Polis Şöbəsinə və aidiyyəti üzrə ərazi polis orqanlarına müraciət edə bilərlər.