Mingəçevirdə yerli sakin güllələnib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 4 oktyabr tarixində xəbər verir.
Oktyabrın 4-ü gecə saatlarında Mingəçevir şəhər sakini, 51 yaşlı Mübariz Məhərrəmov odlu silahdan açılan atəş nəticəsində xəsarət aıb və xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin zərərçəkmişin qonşusu, 39 yaşlı Pərvin Mehnətov olduğu müəyyən edilib.
P.Mehnətov şübhəli şəxs qismində saxlanılıb və ondan cinayətdə istifadə edilmiş odlu silah götürülüb.
Faktla bağlı araşdırma aparılır.