Mingəçevirin Sahil parkı ərazisində ağaclar kütləvi şəkildə quruyur. Bu haqda mayın 13-də Baku Tv məlumat yayıb.
Ümumilikdə 300-ə yaxın Eldar şamı xəstəlik səbəbindən quruyub.
Ağacların kütləvi quruması şəhərin Heydər Əliyev prospekti, Füzuli parkı, eləcə də digər ərazilərində müşahidə edilir.