Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 15 oktyabr tarixində İnstagram sosial şəbəkəsində “Mingachevir” səhifəsi paylaşım edib.
Hadisə bu gün saat 10 radələrində “Kür” Olimpiya Tədris İdman Mərkəzinin qarşısında baş verib. Belə ki, iki avtomobil toqquşub, ərazidə olan iki piyadanı vurub və üzərindən keçib. Hər iki şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisənin səbəbləri araşdırılır.
View this post on Instagram