Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib. Bu barədə 15 oktyabr tarixində Qafqazinfo məlumat verib.
Belə ki, Ağdam rayon sakini, 23 yaşlı Orxan Cəfərov 1983-cü il təvəllüdlü Maarif Əzimovun ayağına bıçaqla xəsarət yetirib. Orxan bir neçə gün əvvəl qızıl - zinət alqı-satqısı mağazasına anasının boyunbağısını satıb. Ötən gün o, həmin boyunbağını geri almağa gəlib.
Lakin bu vaxt satıcı ilə aralarında mübahisə yaranıb və Orxan nalayiq ifadələr işlədib. Yandakı mağazanı işlədən Maarif adlı şəxs Orxan Cəfərova söyüş söyməsi ilə bağlı irad bildirib. Nəticədə aralarında mübahisə başlayıb və mübahisə bıçaqlanma ilə nəticələnib.
Faktla bağlı araşdırma aparılır.