Mingəçevirdə qəfil güclənən külək nəticəsində şəhərin bir neçə küçə və prospektində iri gövdəli ağaclar kökündən qopub. Bu barədə oktyabrın 22-də Yeniavaz.com xəbər verib.
Belə ki, şəhərin Sahil parkı ərazisində nəhəng sərv ağacı aşıb. Uzunluğu 10 metrdən artıq olan ağac asfalt qatını, bardürləri, həmçinin elektrik naqillərini də yerindən tərpədib.
Güclü külək şəhərin Heydər parkında da iri şam ağacını aşırıb. Ağac piyadaların hərəkət etdiyi hissəyə düşüb. Təbiət hadisəsi zamanı xəsarət alan olmasa da, bir neçə ağacın iri budaqları sınaraq zərər görüb.