Mingəçevirdə evlərdən oğurluq edən şəxs həbs edilib. Bu haqda mayın 13-də APA məlumat yayıb.
Məlum olub ki, həmin vətəndaş ümumilikdə 13 mənzildən 19 min manata yaxın pul və 36 min manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirib. O, ifadəsində götürdüyü əşyaları Bakı və Gəncə şəhərlərində satdığını, əldə etdiyi pulu isə onlayn mərc oyunlarına xərclədiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb.