Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı cari ilin 9 ayı ərzində 8 cinayət və 8 inzibati fakt qeydə alınıb. Bu haqda oktyabrın 17-də Report məlumat yayıb.
Keçirilən tədbirlər zamanı qanunsuz balıq ovu ilə məşğul olan şəxslər məsuliyyətə cəlb ediliblər. Onlardan 507 kiloqram balıq, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 12 tor götürülüb.
Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.