Ötən ay Mingəçevirdə Yuxarı Qarabağ kanalında batdığı ehtimal olunan yeniyetmənin meyiti tapılıb. Bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə mayın 29-da baş vermişdi. 2008-ci il təvəllüdlü Əliyev Ayxan Məhəmməd oğlunun cəsədi batdığı yerdən təqribən 3 kilometr aralıda tapılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.