Azərbaycan milli yığma komandasının 2022-ci il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar Azərbaycan Minifutbol Federasiyasına bir milyon manat ayrılıb. Bu barədə 14 iyun tarixində Sərəncam imzalanıb.
Vəsait Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılıb.