İyunun 10-da Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov “AMC Fight Nights”da qələbə qazanaraq dördüncü dəfə çempionluq kəmərini müdafiə edib.
Rusiyanın Moskva şəhərində keçirilən döyüşdə Nəriman Abbasov rusiyalı idmançı Marif Pirayevlə üz-üzə gəlib.
İlk 2 raundda üstünlüyə malik olan 28 yaşlı döyüşçümüz Pirayevə ardıcıl zərbələr endirib. Bu səbəbdən rəqib tərəf üçüncü raundda çıxış etməkdən imtina edib.
Qeyd edək ki, bu, Nəriman Abbasovun 31-ci döyüşü olub. Onun hesabında 28 qələbə və 3 məğlubiyyət var.