Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəş açması yalan məlumatdır. Bu barədə oktyabrın 18-də Müdafiə Nazirliyindən bildirilib.
“Oktyabrın 18-i gecə saatlarında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır", - deyə nazirliyin məlumatında qeyd olunub.