Oktyabrın 21-i saat 22:30-da Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Bu barədə 22 oktyabr tarixində Müdafiə Nazirliyi məlumat verib.
Atəş Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılıb.
“Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”, - deyə məlumatda bildirilib.