Mayın 9-u axşam saatlarında Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Atəş Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsindən açılıb.
“Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur”, - nazirlikdən əlavə olunub.
Bildirilib ki, hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.