Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun təminat daşıyan texnikasını atəşə tutub. Bu barədə 21 oktyabr tarixində Müdafiə Nazirliyindən məlumat verilib.
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 20-si gecə saatlarında Basarkeçər rayonunun Günəşli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunda yerləşən mövqelərini atəşə tutub.
Bundan əlavə, Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində bölmələrimizə təminat daşıyan 1 "KamAZ" markalı avtomobil də Ermənistan hərbi bölmələri tərəfindən atəşə məruz qalıb.
“Texnikaya zərər dəysə də, şəxsi heyət arasında xəsarət alan olmayıb”, - məlumatda bildirilib.