top
MN: Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırırıq - VİDEO
20 sentyabr 2023, 00:03
- ↺ +

MN: "Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırırıq" - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırırıq". Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov brifinqdə çıxış edərək bildirib.

Bu barədə 20 sentyabr tarixində Müdafiə Nazirliyi məlumat verib.

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir.

Keçirilən tədbirlər zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus minaatan mərmisi ilə dolu 6 ədəd Ural markalı hərbi avtomobil və 4 ədəd minaatan Silahlı Qüvvələrimizin bölmələri tərəfindən qənimət olaraq ələ keçirilib.

Ermənistanın beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə sosial media hesablarında kütləvi şəkildə paylaşılan müxtəlif xarakterli dezinformasiyalara, o cümlədən Silahlı Qüvvələrimizin guya mülki avtomobilləri, təcili tibbi yardım maşınlarını atəşə tutması barədə yaydıqları yalan məlumatlara cavab olaraq bildirirəm ki, bu əsassız iddiaları müasir dövrümüzdə mövcud informasiya texnologiyasından faydalanaraq sübut etmək olardı. Belə ki, əgər qarşı tərəfin iddialarının real əsası olsa idi, bununla bağlı sosial media resurslarında foto və ya videogörüntülər təqdim olunardı. Onu da qeyd edim ki, beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə qarşı tərəfin özləri tərəfindən planlı şəkildə bu kimi cinayətləri həyata keçirməsi və bununla Azərbaycan tərəfini ittiham etməsi ehtimalı da istisna edilmir.

Silahlı Qüvvələrimiz tərəfindən keçirilən tədbirlər çərçivəsində mülki şəxslər və heç bir mülki obyekt qətiyyən hədəfə alınmır, yalnız legitim hərbi hədəflər bölmələrimiz tərəfindən zərərsizləşdirilir.

Digər vacib bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Döyüş sursatları tükənən Ermənistan silahlı qüvvələrinin birləşmələri uzun müddətli fortifikasiya qurğularını tərk edərək yaşayış məntəqələrində yenidən tərtiblənir, eyni zamanda Qarabağ bölgəsindəki dinc əhalini məcburi qaydada silahlandıraraq döyüş mövqelərinə cəlb etməyə çalışırlar.

Bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırırıq və bildiririk ki, yalnız bu halda antiterror tədbirləri dayandırılacaqdır.

Eyni zamanda bölgədə yaşayan erməni sakinlərinə Ermənistan silahlı qüvvələrinin birləşmələrinə yaxın durmamağa və onlara dəstək olmamağa çağırırıq. Hərbi qulluqçularımız bu çağırışlarımızı çap edilmiş məlumat vərəqələrində müxtəlif vasitələrlə yerli əhaliyə və silahlılara çatdırır.

Qeyd etdiyim faktları və məlumat vərəqələrini texniki heyətin dəstəyi ilə sizə təqdim edirəm.

Bundan başqa, Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməni əsilli sakinləri təxliyə edən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinə məxsus mövqenin və müşayiət etdiyi mülki kolonun atəşə tutulması barədə yayılan məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır. Belə əsassız iddialara cavab olaraq bildirirəm ki, sülhməramlı kontingent ilə davamlı şəkildə operativ qaydada təmasdayıq və onların öz vəzifələrini icra etmələri üçün tərəfimizdən zəruri şərait yaradılır.

Hazırda Silahlı Qüvvələrin lokal xarakterli antiterror tədbirləri davam etdirilir. Mövcud şərait bölmələrimizin nəzarəti altındadır.

İctimaiyyətə bundan sonra da mütəmadi olaraq əlavə məlumat veriləcək", - rəis polkovnik Anar Eyvazov bildirib.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 13:32

Sabah yağış yağacaq - Proqnoz

Yerli xəbərlər
Bu gün, 13:20

Ərdoğan: "8 Noyabrda Azərbaycana səfər etməyi düşünürəm"

Yerli xəbərlər
Bu gün, 12:59

Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir

Yerli xəbərlər
Bu gün, 12:54

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Yerli xəbərlər
Bu gün, 12:44

Avtomobil və yükdaşıma bazarında dəyişikliklər: Yeni vergi qaydaları təklif olunur

Yerli xəbərlər
Bu gün, 12:25

Şagirdlərin bilik səviyyəsinə görə dünya reytinqi: Azərbaycan 63-cü yerdə

Yerli xəbərlər
Bu gün, 12:05

Sürücülərin çoxunun bilmədiyi 10 qayda: Bu səhvlər cəriməyə səbəb olur

Yerli xəbərlər
Bu gün, 12:03

Vergi Məcəlləsinə mühüm dəyişikliklər: Taksi, kuryer, çipsi və gözəllik sektorunda yeni qaydalar tətbiq olunacaq

Yerli xəbərlər
Bu gün, 11:19

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Yerli xəbərlər
Bu gün, 11:13

FHN vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb

Yerli xəbərlər
Bu gün, 10:54

MKA: "Android TV box" cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər

Yerli xəbərlər
Bu gün, 10:41

Prezident İlham Əliyev: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"

Yerli xəbərlər
Bu gün, 10:39

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Yerli xəbərlər
Bu gün, 10:12

Prezident İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Yerli xəbərlər
Bu gün, 09:51

Xəzərdə yadplanetlilərin gizli bazaları? ABŞ arxivinə düşən 25 illik sirr

Yerli xəbərlər
Bu gün, 09:17

UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq

Yerli xəbərlər
Bu gün, 09:00

Bakının iki rayonunda işıq kəsiləcək

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi - VİDEO

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Oxşar xəbərlər