İyunun 20-dən 25-dək istismar müddəti başa çatmış döyüş sursatlarının utilizasiyası keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Utilizasiya prosesi Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Ümumqoşun təlim poliqonunda həyata keçiriləcək.
“Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək”, - deyə əlavə edilib.