Dekabrın 8-i saat 14:35-dən 15:30-dək Ermənistan Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsini atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Atəş Ermənistanın Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsindən açılıb.
“Qarşı tərəfin susdurulması məqsədilə adekvat tədbirlər görülüb. Azərbaycan Ordusunun şəxsi heyəti və texnika baxımından itkisi yoxdur”, - deyə nazirlikdən bildirilib.