Oktyabrın 15-i saat 15:20-dən 18.00-dək və oktyabrın 16-sı gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Cəmilli və Mollabayramlı, Laçın rayonunun Hüsülü, eləcə də Tovuz rayonunun Koxanəbi yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu haqda 16 oktyabr tarixində Müdafiə Nazirliyi bildirib
Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.