Oktyabrın 18-i saat 18:40-dan oktyabrın 19-u saat 01:45-dək Azərbaycan Ordusunun Daşkəsən rayonunun Təzəkənd və Astaf, Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub. Bu barədə 19 oktyabr tarixində Müdafiə Nazirliyi məlumat verib.
Atəş Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunda yerləşən mövqelərindən açılıb.
“Ordumuzun adekvat cavab tədbirləri görülüb”, - məlumatda qeyd olunub.