"Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır". Bu barədə 21 sentyabr tarixində Müdafiə Nazirliyi məlumat verib.
"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", – deyə məlumatda vurğulanıb.
Görünür ki, bu “yalan məlumatlar” Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında görüşün başlaması fonunda danışıqları pozmaq və mühiti gərginləşdirmək məqsədi daşıyır.