Futbol üzrə Moldova və Azərbaycan yığmaları arasında keçiriləcək yoldaşlıq matçının dəqiq vaxtı bəlli olub.
İnsanoid AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matç noyabrın 16-da Kişinyov şəhərindəki "Zimbru" stadionunda keçiriləcək.
Qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da Şimali Makedoniya ilə üz-üzə gələcək.