Rusiyanın “Nordwind” aviaşirkəti dekabrın 28-dən Moskva-Qəbələ aviareysləri üzrə biletlərin satışına başlayıb. Bu barədə rəsmi portalda məlumat verilib.
Uçuşlar 2022-ci ilin 16 yanvar tarixindən başlayaraq hər həftənin bazar günləri “Boeing-737-800” təyyarələri ilə həyata keçiriləcək. Bir istiqamətə biletin qiyməti 243 manat təşkil edir.
Moskvadan uçuş yerli vaxtla saat 00:10-da, Qəbələdən isə saat 05:20-də yerinə yetiriləcək.