Martın 19-20-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda Novruz şənlikləri keçiriləcək. Bu haqda martın 15-də Azərtac məlumat yayıb.
Pavilyonda Azərbaycanda Novruz adət-ənənələri, o cümlədən od üstündən tullanma, səməni, xonça təşkil olunacaq.
Pavilyonun meydançasında “Azərbaycan xalçalarına yeni baxış” sərgisi açılıb.
Nizami Gəncəvinin poeması əsasında Qara Qarayevin yaratdığı “Yeddi gözəl” baletinin premyerasının 70 illiyi, eləcə də Q.Qarayevin müəllifi olduğu “İldırımlı yollarla” baletinin 65 illiyi qeyd olunacaq.