Dünən Fransanın Moskvadakı səfirliyi qarşısında keçirilən aksiyada saxlanılan Azərbaycan diasporunun dörd nümayəndəsi sərbəst buraxılıb. Bu barədə Azfront xəbər yayıb.
Bu, Azərbaycan icmasından olan himayədarların təqdim etdiyi vəkilin müdaxiləsi nəticəsində baş verib. Saxlanılanların işi üzrə məhkəmə prosesi bir həftə sonraya təyin edilib.
Qeyd edək ki, oktyabrın 19-da Fransanın Moskvadakı səfirliyi qarşısında azərbaycanlı qadın və uşaqların iştirakı ilə aksiya keçirilmişdir.