Bakıda motosiklet “Shacman” markalı yük avtomobili ilə toqquşub, bir nəfər ölüb. Bu barədə iyunun 14-də APA məlumat verib.
Hadisə Qaradağ rayonunun Sahil qəsəbəsi ilə Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsi arasında olan yolda qeydə alınıb. Hadisə nəticəsində motosikletin sürücüsü, 39 yaşlı Ramin Eyvazov həlak olub.
Faktla bağlı araşdırma aparılır.