İyunun 20-si gecə saatlarından başlayaraq iyunun 21-i səhər saatlarınadək Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələrindəki mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Atəş Ermənistan silahlı qüvvələrinin Qarakilsə rayonunun Saybalı, Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrindəki mövqelərindən açılıb.
“Azərbaycan Ordusu tərəfindən adekvat cavab tədbirləri görülüb”,- deyə əlavə olunub.