Mayın 14-ü saat 11:30-da Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Atəş Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılıb.
“Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb”, - deyə nazirlikdən əlavə edilib.
Qeyd edək ki, son həftə ərzində Azərbaycanın mövqeləri 3 dəfə atəşə tutulub. Mayın 9-da Kəlbəcərin Yuxarı Ayrım yaşayış məntəqəsi, mayın 11-də isə rayonun Yuxarı Ayrım və Zəylik yaşayış məntəqələri atəşə məruz qalıb.