Mayın 30-da Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Atəş Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Zoğallı yaşayış məntəqəsində yerləşən mövqelərindən açılıb.
“Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”, - deyə nazirlikdən vurğulanıb.