İyulun 4-də gecə saatlarında Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsini atəşə tutub. Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Atəş Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərdən açılıb.
Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Hazırda həmin istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.