Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsinin sabiq baş zabiti Zahid Niftəliyev həbs olunub. Bu barədə mayın 28-də Baş Prokurorluqdan APA-ya bildirilib.
Faktla bağlı “dələduzluq”, “rüşvət vermə” və digər maddələrlə cinayət işi başlanıb. Zahid Niftəliyev istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib. O, ötən gün saxlanılmaqla barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı hesab olunurdu.