Rusiyalı müğənni və bəstəkar Brendon Stoun “Tərzli və təhlükəli” mahnısının klipini Bakıda çəkdirib. Bu haqda iyunun 8-də o, öz instagram səhifəsində məlumat paylaşıb.
Layihənin direktoru Emin Muradov idi. Çəkilişlərdə azərbaycanlı aktyorlar Aleksandra Biryukova və müğənni Roza Zərgərlinin oğlu Corc Qafarov iştirak ediblər.
O, paylaşımında klipinin hazırlanmasında köməyə görə @azerbaijanairlines və prezident Cahangir Əsgərova xüsusi təşəkkürünü bildirib.
View this post on Instagram