Bu gün Şuşada Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələrinin Rəhbərləri Yuxarı Gövhər Ağa məscidində birgə namaz qılıblar. Bu barədə oktyabrın 20-də APA xəbər yayıb.
Namazdan sonra türk birliyinin möhkəmlənməsi, ölkələrimizin rifah halının daha da yaxşılaşması üçün dualar edilib.
Dini liderlər Yuxarı Gövhər Ağa məscidində aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar.