Amerika Birləşmiş Ştatlarında keçirilən pianoçuların beynəlxalq müsabiqəsində 2 şagirdimiz uğur qazanıb. Bu haqda martın 12-də Azərtac məlumat yayıb.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Müslim Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin fortepiano sinfinin şagirdləri Məlahət İbrahimli Qran-Pri mükafatına, Nərmin Kərimli isə ikinci yerə layiq görülüb.