Hazırda Mərkəzi Nəbatat Bağında təmizlik işləri aparılır, ərazi qaydaya salınır, qanunsuz tikililər sökülür. Bu barədə mayın 6-da Bakı Şəhər İcra Hakimiyyətinə istinadən APA xəbər verib.
İcra hakimiyyətindən verilən məlumata görə, yaxın zamanlarda unikal layihə əsasında yenidənqurma işlərinə başlanılacaq və sakinlərin asudə vaxtının təşkili üçün şərait yaradılacaq.
Dünən Mərkəzi Nəbatat Bağında abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün 25 milyon manat ayrılıb.