Bakının Nərimanov rayonu, “Ulduz” metro stansiyasının yaxınlığında yerləşən sexdə yanğın söndürülüb.
***
15:18
Bakının “Ulduz” metro stansiyasının yaxınlığındakı plastmas istehsalı sexində baş verən yanğın məhdudlaşdırılıb. Bu haqda mayın 26-da Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Həmçinin alovun qarşısının alınması zamanı Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı xəsarət alıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
***
13:45
Bakının Nərimanov rayonu, “Ulduz” metro stansiyasının yaxınlığında yerləşən sexdə yanğın başlayıb.
Plastmas istehsalı sexində baş verən yanğının söndürülməsinə canlı qüvvədən əlavə, 2 ədəd helikopter cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.