Son 7 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən 22 nəfər saxlanılıb. Bu barədə dekabrın 9-da Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ümumilikdə 40 kiloqdam narkotik maddə və 1258 psixotrop tərkibli həb dövriyyədən çıxarılıb.
Əməliyyatlar Bakı, Gəncə şəhərlərində, Abşeron, Yevlax, Cəlilabad və Masallı rayonlarında aparılıb. Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Narkoloji Mərkəzin məlumatına görə, Azərbaycanda hazırda 34 minə yaxın narkotik istifadəçisi var.