Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsinə görə 57 nəfər saxlanılıb. Bu haqda mayın 12-də DİN məlumat yayıb.
Həmin şəxslərdən ümumilikdə 120 kiloqram narkotik vasitə və psixotrop maddə, həmçinin 4360 ədəd psixotrop tərkibli həb aşkar olunub.
Saxlanılan şəxslərdən 9-u qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitəni Azərbaycan ərazisində qəbul edərək onlayn satışını təşkil etməli imişlər.
Faktlarla bağlı cinayət işləri başlanılıb.