Narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxsə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Bu haqda mayın 20-də Trend məlumat verib.
O, 6 il müddətinə azadlıqdan məhrum edilib.
Narkotik satışı ilə məşğul olan şəxs Maştağa qəsəbəsində saxlanılıb. Onun evindən 5 kiloqram 90 qram marixuana və elektron tərəzi aşkarlanıb.
Faktla bağlı cinayət işi açılıb.