Narkotik təsiri altında “Mercedes Benz” markalı avtobusu idarə edən şəxs saxlanılıb. Bu barədə mayın 24-də Report xəbər paylaşıb.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda avtobus idarə edən şəxsin narkotik maddə qəbul etməsi müəyyən olunub.
Sürücü narkotik istifadəçisi olduğunu etiraf edib.
O, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.